sprler
Su pəriləri Nağıllarda və cizgi filmlərində təsvir olunan gözəl,mülayim,insana kömək edən müsbət təsirli qızları bəri başdan yaddan çıxardın. Çünki indi su pərilərinin əslində çox təhlükəli qorxulu bir varlıq olduğunu öyrənəcəksiniz. Haradan və necə yaranıb su pəriləri? Yunan mifologiyasinda suda boğulmuş, günahkar və zinəkar qadınlarin ruhunun su pəriləri,göl,dəniz nimfalarina çevrilməsi qeyd olunur.Çünki o vaxtlar ölüləri basdırmır,çaya, dənizə buraxırdılar. Dini mənbələrə görə isə su pəriləri iblislə birgə yer üzünə qovulmuş mələklərdir ki,cənnətdən dənizlərə,göllərə düşmüşlər.Ona görə də su adamları insan nəslinə qarşı çıxıb,hər an ona ziyan vurmağa çalışır. Görünüşü; su pərilərinin xarici görünüşü haqqda demək olar ki hər dövrdə və bütün şahidlərin dedikləri üst-üstə düşür.Su pərilərinin boyu çoxda uzun olmur, bədənləri hamar,işıltılı, dəriləri ağ,sarı,üzərində dəniz yosunları,saçları dalğavari,çox uzun və sıx(bütün bədənlərini örtür,rəngi açıq-sarı,kürən və qara,gözləri insan gözünden bir qədər böyük,nadir hallarda qırpılır,şəffaf,gecələri fosfor kimi parıldayır.Dişləri balıq dişi kimi xırda,yalis rəngdə,itiuclu ,bədənləri göbəkdən yuxarı qadın bədəni,kürəyi düz hamar(sanki sümüksüzdür), bədənlərinin aşağısı iri balıq quyruğu,yelgecli,səsləri cingiltili,qulaq batırıcı,dilləri anlaşılmazdır,özlərinə məxsus nəğmələri olur. Su pəriləri öz sıralarını insanların hesabına genişləndirirlər:ölmuş südəmər qız uşaqlarını yarımçıq doğulmuş körpələri,suda özünü boğub intihar edən qadınları,çayda,dənizdə tək çimən qızları öz məskənlərinə çəkirlər.Su pəriləri ilin müəyyən günlərində sahilə çıxıb,bir həftə quruda yaşayırlar.Slavyan mənbələrində bu günlər Semik günündən Petrov gününə kimi davam edir,Ruh günü və ya Troitsa günü adlanır.Su pəriləri bu günlərdə su kənarındakı məşədə,talada bir yerə yığışır, səhərə qədər şənlənir,çığır-bağır salır,gülüşürlər.Bu vaxt ordan yad adam keçərsə,onu çağırıb,nəğmə və gülüşləri ilə dairəyə alır,həmin insani nəfəsi kəsilənə qədər qıdıqlayırlar. İnsan öləndən sonra bu dənizin gölün dibinə çəkir və iti dişləri ilə onu parçalayıb,uzun müddət qidalanırlar. *** Məhşur ingilis səyyahi Henri Qudzon 1625-ci ildə öz gündəliyində bu qeydləri yazıb: "Dənizçilərdən biri onu gördü və sakitce məni çağırdı.Beldən yuxarı qadın bədəni idi, kürəyi hamar dərisi çox ağ idi.Uzun qara saçları vardı.Dənizdə üzəndə delfin quyruğuna oxşar quyrugu görünürdü" *** 1717-ci il London nəşrlərinin birində su pərisin tutulması xəbəri yazılmış və rəsmi çəkilmişdi:"Çox əcayib dəniz varlığı Barneo limanında tutulub.Uzunlugu 1.5 metrdir.Su dolu çəlləkdə 4 gün yaşadı.Siçan civiltisinə oxşar səslər çıxarırdı.Ona verilən balıq və digər yeməklərin heç birini yemədi" *** 2004 cu ilin mart ayında Xəzer dənizində Azərbaycanlı dənizçilər ölkəmizə məxsus traulerlə üzərkən dənizdə kişi cinsine məxsus,yarıbalıq qəribə varlıq görüblər.Kapitan Qafar Həsənov cənub sahillərinə çıxdıqdan sonra İranın "Zindağı" qəzetinə hadisəni danışıb: "Əvvəlcə,o ,üzdüyümüz istiqamətdən bir qədər uzaqda üzürdü.Əvvəl elə bildik ki,böyük balıqdır.Sonra onun baş hissəsində qara yaşıl saç gördük.Qüvvətli əlləri vardı. Mədəsi xeyli böyük olub,ireli çıxmışdı.Bədəninin uzunluğu 1.60 sm olardı.Alt dodaqları boğazına kimi çatırdı". |