İaliya muzeyində onu qurbağa formasında
göstərirlər.
Məhəmməd peyğəmbərin karikaturası çəkilərək təhqir
edilməsindən sonra, indi də İsa peyğəmbərin təhqir
edilməsi ilə bağlı qalmaqal yaşanır. Lent.az-ın Türkiyə
mətbuatına istinadən verdiyi məlumata görə,
peyğəmbər çarmıxa çəkilmiş qurbağa formasında
göstərilib.Çarmıxa mıxlanmış əlində pivə stəkanı tutan,
dili ağzından bayıra çıxmış şəkildə hazırlanan 130 santimetrlik heykəl İtaliyanın Bolzano
şəhərindəki “Museion” muzeyində nümayiş etdirilir.Muzeyin əməkdaşları təhqiramiz
heykəli 10 il öncə ölən alman heykəltaraşı Martin Kippenbergerin hazırladığını bildirərək
onu müdafiə ediblər: “O insanların qorxularını araşdırırdı”.Roma papası XVI Benedikt isə
heykəl barədə xəbər tutandan sonra “bu küfrün,bu əclaflığın günləri sayılıb” deyərək onun
yığışdırılib məhv edilməsini istəyib.Bolzano muzeyinin rəhbərliyi papanın işə
qarışmasından sonra təhqiramiz heykəli giriş salonun ən diqqət çəkən yerindən yığışdırıb.
İndi isə heykəlin “sənətkar azadlığı”na riyat edilərək saxlanılması və ya Vatikanın təzyiqi
ilə ümumiyyətlə yığışdırılması arasında seçim edilir.